Salamın varisi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən seçiləcək
Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam yanvarın 14-də istefa verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Salamın varisi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən seçiləcək.
Yeni hakimin səlahiyyət müddəti 2027-ci ilin fevralında başa çatacaq.
Diplomat və hüquqşünas olan 71 yaşlı Navaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinin üzvü seçilib və 6 fevral 2024-cü ildə onun sədri olub. Salamın Beyrut aristokrat ailəsinə mənsub əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.
Bundan əvvəl Livan Prezidenti Cozef Aun Salamı respublikanın Baş naziri təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb.