Təşkilatçılar turnir cədvəlindəki mövqelərə uyğun qalibləri müəyyənləşdirib
Koronavirus pandemiyası səbəbindən İngiltərədə iki futbol çempionatı başa çatdırılıb.
AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Birinci və İkinci Liqada mövsüm vaxtından əvvəl bitib.
Qərar klub rəhbərliyi ilə keçirilən iclasdan sonra İngiltərə Futbol Liqası tərəfindən açıqlanıb. Klublar mövsümün bitməsinə səs verdiklərindən, təşkilatçılar turnir cədvəlindəki mövqelərə uyğun qalibləri müəyyənləşdirib.
"Koventri" və "Roterhem"in Birinci Liqadan Çempionşipə vəsiqə qazandığı açıqlanıb. İkinci Liqada isə ilk üç pillədə qərarlaşan "Suindon Taun", "Kryu" və "Plimut" Birinci Liqaya adlayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa olunması planlaşdırılır.