Beş dövlət qurumu İnvestisiya Holdinqin idarəetməsindən çıxarılıb

Xəbərlər

27.04.2021 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Prezident “Azərkosmos”, “Aztelekom” və “Bakı Telefon Rabitəsi” ilə bağlı fərmanda dəyişiklik edib

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilib.

 

AYNA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb.

 

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş