İraq Kürdüstan Regionunun başçısını Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 18-də başa çatıb.
AYNA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.