Bərdədə intihar: qadın özünü Qarabağ kanalına atdı

Hadisə

31.10.2021 - 18:07

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə rayonun Mirzalıbəyli kəndindən keçən hissəsində baş verib

Bərdədə orta yaşlı qadın özünü kanala ataraq intihar edib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə Qarabağ kanalının rayonun Mirzalıbəyli kəndindən keçən hissəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları cəlb olunub. Xilasedicilər naməlum şəxsin meyitini kanaldan çıxararaq adiyyatı üzrə təhvil verib.

Faktla bağlı cinayət işi açılıb, intihar edənin kimliyi araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş