Bərdədə ağır qəza: iki avtomobil toqquşdu

Hadisə

31.07.2022 - 23:52

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Report”a istinadən Qarabağ bürosu xəbər verir ki, hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı iki avtomobil toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı fərdi həyətyanı evin divarına çırpılıb, digəri isə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar sakinlərin köməyilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisə nəticəsində xəsarət alanların sayı və şəxsiyyətləri müəyyənləşdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş