Bələdiyyə sədrləri cəzalandırıldılar

Xəbərlər

03.07.2023 - 18:21

Bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub

Qusarda bələdiyyə sədrləri cərimələniblər. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Qusar rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Köhnə Xudat, Gədəzəyxur, Hil və İmamqulukənd kəndlərində məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş