Müdafiə naziri: “Tranş artıq hakimiyyət orqanları tərəfindən razılaşdırılıb”
Belçika Ukraynaya hər il 1 milyard avro dəyərində hərbi yardım vermək niyyətindədir. Ölkə həmçinin F-16 qırıcılarının çatdırılmasını sürətləndirməyi planlaşdırır. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Teo Franken bildirib.
"Biz Ukraynaya 1 milyard avro dəyərində hərbi yardım göstərəcəyik. Tranş artıq hakimiyyət orqanları tərəfindən razılaşdırılıb və ölkəmiz hər il Kiyevə belə dəstək verməyə hazırdır. Bu məbləğ Belçikada yerləşən müdafiə müəssisələrində Ukrayna Silahlı Qüvvələri üçün hərbi sifarişlərin yerləşdirilməsi üçün istifadə olunacaq", - nazir qeyd edib.
Franken həmçinin əlavə edib ki, Belçika F-16-ları vaxtından əvvəl Ukraynaya çatdırmaq istəyir.