Seçkilər 2025-ci il yanvarın 26-na təyin edilib
Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. AYNA BelTA-ya istinadən xəbər verir ki, bu barədə qərar Nümayəndələr Palatasının iclasında qəbul edilib.
Bundan əvvəl Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri İqor Karpenko bəyan edib ki, Belarusda yeni seçki qanunvericiliyinə uyğun olaraq, prezidentliyə namizədlər üçün yaş həddi 40 yaşa, rezidentlik tələbi isə 20 yaşa qədər artırılıb.