Belarus diplomatları Ukraynanı tərk edib

Dünya

20.03.2022 - 06:54

Həkimlər Klinikalar SEO Xidməti

Sokol: "Sonuncu 11 əməkdaş və ailə üzvləri ölkəni tərk edib"

Belarusun Ukraynadakı səfirliyinin sonuncu əməkdaşları Ukraynanı tərk edib. AYNA-nın xəbərinə görə, bunu Belarus Mərkəzi Televiziyasına ölkənin Kiyevdəki səfiri İqor Sokol bildirib.

“XİN rəhbərliyi səfirliyin təxliyəsinə qərar verdi. Sonuncu 11 əməkdaş və onların ailə üzvləri Ukraynanın təqdim etdiyi koridorla ölkəni tərk edib”, – deyə səfir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş