Orderlər iki siyasətçi və iki müdafiə rəsmisi üçün verilib
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bir neçə İsrail rəsmisi üçün gizli həbs orderini verib. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, orderlər iki siyasətçi və iki müdafiə rəsmisi üçün verilib. Mənbə onların adlarını açıqlamayıb. Orderlərin nə vaxt verildiyi də məlum deyil. Lakin qəzet qeyd edir ki, BCM prokurorluğu İsrailin maliyyə naziri Bezalel Smotriç və müdafiə naziri İtamar Ben-Qvir barəsində araşdırma aparır.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında BCM İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün həbs orderləri verib. Onlar Qəzza zolağında hərbi əməliyyat zamanı 8 oktyabr 2023-cü il ilə 20 may 2024-cü il arasında törədilmiş insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində şübhəli bilinirlər.