Bazarda baş verən yanğın söndürülüb - <font color=red> FOTOLAR</font>

Hadisə

14.12.2019 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub

 

Bakıda bazar yanır. Fövqəladə Hallar Nazirliyinindən AYNA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Xatırladaq ki, bir neçə gün öncə Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarının ərazisində yanğın baş vermişdi.

 

***

 

Bakının Nəsimi rayonunda yerləşən 3-cü mikrorayon bazarı adlanan ərazidə baş verən yanğın söndürülüb.

 

AYNA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş