Bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb

Xəbərlər

31.03.2026 - 19:14

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20.03.2026-30.03.2026) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.

Müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş