Bayram günlərində 28 nəfər xilas edilib

Xəbərlər

10.06.2025 - 11:02

cedabet dərman SEO Xidməti

2 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 230 yanğına çıxış, 20 köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 8-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, 2 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş