Bayden Ukraynaya 33 milyard dollarlıq yardım göndərmək istəyir

Dünya

29.04.2022 - 05:36

Yardımın hansı istiqamətlər üzrə bölünəcəyi məlum olub

ABŞ Prezidenti Co Bayden Ukraynaya dəstək üçün 33 milyard dollar humanitar və hərbi yardım istəyi ilə Konqresə müraciət edib.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bu haqda Ukraynadakı vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, Ukraynaya 20,4 milyard dollar hərbi yardıma,  8,5 milyard dollar iqtisadi, 3 milyard dollar humanitar yardıma vəsait ayırmağı təklif edib.

Baydenin tələbinin respublikaçılar və demokratlar arasında geniş dəstək alacağı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş