Bayden: “Azərbaycanla Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam”

Aktual

21.10.2024 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti: “Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı...”

“İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam”.

AYNA xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib.

“Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır. Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək”, - Bayden məktubda qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş