Batabat yaylağında əhaliyə yerində tibbi xidmət göstərilib

Xəbərlər

07.08.2025 - 11:25

Müayinələr zamanı aşkar edilmiş bəzi xəstəliklər üzrə ilkin diaqnoz qoyulub və müvafiq tövsiyələr verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Batabat yaylağında məskunlaşmış əhalinin sağlamlıq vəziyyətinin yoxlanılması və profilaktik məqsədlə tibbi xidmət təşkil olunub.

Nazirlikdən AYNA.AZ-a bildirilib ki, tibbi aksiya çərçivəsində müxtəlif ixtisaslı həkimlər tərəfindən əhalinin sağlamlıq vəziyyəti qiymətləndirilib. Müayinələr zamanı aşkar edilmiş bəzi xəstəliklər üzrə ilkin diaqnoz qoyulub və müvafiq tövsiyələr verilib.

Sakinlər zəruri dərman vasitələri ilə təmin olunub, eyni zamanda, əhali arasında sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Bu cür tədbirlər əhalinin sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, vətəndaşların keyfiyyətli tibbi xidmətə əlçatanlığının artırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Batabat yaylağında əhaliyə yerində tibbi xidmət göstərilib Batabat yaylağında əhaliyə yerində tibbi xidmət göstərilib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş