Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

Xəbərlər

25.01.2021 - 10:55

2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

 

Azərbaycan Respublikası Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində geniş kollegiya iclası keçirilib.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, iclasda prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

Müəllif: Ayna.az