Baş nazirin sədrliyi ilə İqtisadi Şuranın iclası keçirilib

İqtisadiyyat

14.12.2021 - 13:25

Həkimlər Klinikalar SEO Xidməti

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” müzakirə edilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən AYNA-ya verilən xəbərə görə, İqtisadi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təklif olunan tədbir və layihələrin dövlət büdcəsi ilə əlaqələndirilməsi və maliyyələşməsi (resurs zərfi) və digər aktual məsələlər müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş