Baş nazir: “Yeni parlament Prezidentin fərmanı olmadan da toplaşa bilər”

Dünya

27.10.2024 - 16:20

“Yekun məlumatlar açıqlandıqdan sonra parlament 10 gün ərzində iclas keçirməlidir”

Gürcüstanın seçkilərin nəticələrinə əsasən formalaşan yeni parlamenti hətta ölkə Prezidenti Salome Zurabişvilinin müvafiq fərmanı olmadan da toplaşacaq. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

“Yekun məlumatlar açıqlandıqdan sonra parlament 10 gün ərzində iclas keçirməlidir. Prezident iclas təyin etməsə belə, parlament özü toplaşacaq”, - hökumət başçısı bildirib.

Bundan əvvəl Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bülletenlərin 99 faizi sayıldıqdan sonra səsvermənin nəticələrini açıqlayıb. MSK-nın məlumatına görə, 3085 seçki məntəqəsinin bülletenləri sayıldıqdan sonra Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 54,2 faiz səs toplayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş