İran XİN rəhbəri İqor Xovayevi qəbul edib
İranın xarici işlər naziri Baqeri Kani Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. AYNA xəbər verir ki, bu barədə İran XİN-dən bildirilib.
Baqeri Kani Cənubi Qafqazı “iki ölkənin milli maraqları və təhlükəsizliyi zonası” adlandırıb və bu regionda əməkdaşlığın zəruriliyini vurğulayıb.
Görüşdə “kənar regional oyunçuların müdaxiləsinə” qarşı mübarizə üçün daimi qarşılıqlı fəaliyyət qeyd edilib.