Banqladeşdə daşqınlar nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb

Dünya

02.09.2024 - 23:56

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi rayonlarda hələ də 605 min 767 nəfər sel suları altında qalıb

Banqladeşin bəzi bölgələrində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 67-yə çatıb.

AYNA xarici mediaya istinadla xəbər verir ki, fəlakət nəticəsində ölənlərin 18-i uşaqdır. Ölkənin 64 rayonundan 11-nə təsir edərək əmlak və əkin sahələrinə böyük ziyan vuran daşqından 6 milyona yaxın insan zərər çəkib.

Son hesabata görə, cənub-şərq və şimal-şərq rayonlarında hələ də 605 min 767 nəfər sel suları altında qalıb.

Səlahiyyətlilər xilasetmə əməliyyatlarını həyata keçirmək, yardım materiallarını paylamaq və daşqından zərər çəkmiş insanların sığındığı mərkəzlərə nəzarət etmək üçün xüsusi qruplar göndərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş