Balakəndə ev yanıb

Hadisə

17.11.2023 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı üç kvadratmetr sahədə qarsalanıb

Balakəndə ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Balakən rayonunun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 210 kvadratmetr olan kürsülü, birmərtəbəli beşotaqlı evin dam örtüyünün taxta atmaları 40 kvadratmetr sahədə, bir otağın və mətbəxin taxtadan ibarət tavanı 37 kvadratmetr sahədə yanıb.

Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı üç kvadratmetr sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş