Balakəndə 47 yaşlı kişi qətlə yetirilib

Hadisə

04.08.2023 - 19:17

Həkimlər Klinikalar SEO Xidməti

Faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir

Balakəndə 47 yaşlı kişi qətlə yetirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən AYNA-ya bildirilib ki, avqustun 4-də saat 17 radələrində Balakən rayonunun Xalatala kənd sakini 1976-cı il təvəllüdlü Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş