Balakən polisi əməliyyat keçirib: 6 nəfərdən qanunsuz silah götürülüb

Xəbərlər

26.02.2023 - 19:54

Toplanmış materiallar baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib

Balakən polisi əməliyyat keçirib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Həmin silahlar ekspertizaya göndərilib və sahibləri barəsində toplanmış materiallar baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş