Bakıya qar yağacaq

Xəbərlər

08.02.2023 - 14:24

Azərbaycanda fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Gecə 0-2 dərəcə şaxta, gündüz bir dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Müəllif: Ayna.az