"Azəriqaz" İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib
Sabah Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində və Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsində təbii qazla təchizatda müvəqqəti fasilə yaranacaq.
AYNA bu barədə "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb 3-cü yaşayış massivində yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunması, Məlik Aslanov küçəsində isə COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılmasıdır. Odur ki, saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.