Afiyəddin Cəlilov küçəsində fasilələrlə məhdudiyyət tətbiq edilir
Bakının bir küçəsində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə AYNA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bildirilib ki, Cavanşir körpüsünün üzərində, "Azneft" dairəsində sıxlığın qarşısını almaq məqsədilə Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində fasilələrlə məhdudiyyət tətbiq edilir.
"Sürücülərdən nəzərə almaları xahiş edilir", - məlumatda qeyd olunub.