Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI

Xəbərlər

12.06.2024 - 09:12

Həkimlər Klinikalar SEO Xidməti

Bakının bir sıra yollarında tıxac yaranıb. AYNA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

6. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ayna.az