Bakının bəzi magistral yollarında sürət həddi endirildi

Cəmiyyət

20.02.2020 - 22:57

Həkimlər Klinikalar SEO Xidməti

BNA sürücülərə müraciət edib 

 

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.

 

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

O qeyd edib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş