Bakının 46 məktəbində operativ monitorinqlər keçirilib

Xəbərlər

22.12.2023 - 11:45

Monitorinqlər 35 meyar əsasında aparılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib.

BŞTİ-dən AYNA-ya bildirilib ki, monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib.

Ümumilikdə 35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş