Bakıdan Həştərxana növbəti reys ləğv edilib

Xəbərlər

03.03.2022 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

Sərnişinlər biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər

“Buta Airways” aviaşirkəti Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib. AYNA xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

“Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş