Bakıda yük maşınının şüşələri sındırılıb, salonu yandırılıb

Xəbərlər

07.01.2024 - 12:30

Əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Yanvarın 4-nə keçən gecə Nərimanov rayonu ərazisində “MAZ” markalı avtomobilin şüşələrinin sındırılması, salonunun isə yandırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş