Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb

Hadisə

17.08.2024 - 13:58

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb

Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb.

Elşən Mirzəyev idarə etdiyi "Hyundai H 65" markalı yük avtomobili ilə yolu keçən Əlövsət Lətifovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş