Yaralı xəstəxanaya çatdırılıb
Bakının Sabunçu rayonunda 24 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA-nın "Report"a istinadən məlumatına görə, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən İsmayılova Röya Oqtay qızını avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.