Bakıda yaşayış binasında yanğın olub

Hadisə

11.11.2025 - 16:24

Hadisə nəticəsində bir nəfər ölüb

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-ndən bildirilib.

Qeyd olunub ki, çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş