Azərbaycanda müğənni vəfat etdi

Hadisə

03.10.2019 - 13:17

Qırx yaşlı ifaçı onkoloji xəstəlikdən əziyyət çəkirdi

 

Müğənni Lalə Əliyeva dünyasını dəyişib. AYNA oxu.az-a istinadən xəbər verir ki, 40 yaşlı ifaçı onkoloji xəstəlikdən əziyyət çəkirdi.

 

Lalənin xəstəliyi ilə əlaqədar aparılan müalicə fayda verməyib. Bu barədə ifaçının yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

 

Qeyd edək ki, Bakıda anadan olan Lalə Əliyeva şanson janrının mahir ifaçısı olub. O, daha çox el şənliklərində fəaliyyət göstərib.

Ayna.az


Ramanada faciə

Dünən, 17:26 Hadisə