Bakıda yaşayış binasında yanğın olub

Hadisə

28.07.2024 - 00:19

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın nəticəsində bir ədəd su qızdırıcısı yanıb

Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 13 ünvanında yerləşən mənzildə yanğın qeydə alınıb.

AYNA xəbər verir ki, hadisə 9-cu mikrorayonunda yerləşən doqquz mərtəbəli binanın üçüncü mərtəbəsində baş verib.

Belə ki, yanğın Bakı şəhər sakini Hacıyev Etibar Nəcməddin oğluna məxsus ümumi sahəsi 90 m² mənzilin eyvanında baş verib. Nəticədə bir ədəd su qızdırıcısı yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş