Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub
Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasında yanğın olub.
FHN-dən AYNA-ya verilən xəbərə görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 15 ədəd elektrik sayğacı və 2 p.m çıxış kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.