Bakıda yaşayış binasında yanğın olub

Hadisə

11.08.2023 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

10 nəfər təxliyə edilib

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. 

Qeyd olunub ki, beşmərtəbəli yaşayış binasının 3-cü, 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkən qəfəsindən keçən elektrik kabelləri 20 p.m yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. 

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş