Bakıda yaşayış binasında yanğın olub

Hadisə

03.07.2023 - 16:04

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş