Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır
Bakıda üzərinə isti su tökülən şəxs ölüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.