Bakıda üç marşrut xəttinin istiqaməti dəyişdirilib

Xəbərlər

29.05.2023 - 19:57

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək

Bakının Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Xəbərə görə, tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.

Müəllif: Ayna.az