Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə

26.10.2022 - 11:49

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. AYNA xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, "Rosil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Naməlum sürücü piyada - 1984-cü il təvəllüdlü Elçin Babayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fakta bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş