"Toyota”nın faraları, "Hyundai"ın ön buferi əriyib
Bakı şəhərinin Yasamal rayonunda söküntü işləri aparılan ərazidə məişət tullantıları və taxta konstruksiyadan ibarət hasar yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Toyota” markalı minik avtomobilinin faraları və "Hyundai" markalı minik avtomobilinin ön buferi əriyib.
Hər iki avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.