Bakıda sıxlıq müşahidə olunan yolların SİYAHISI

Xəbərlər

26.02.2024 - 09:23

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edib

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. AYNA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir.

  1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
  2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
  3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
  4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
  5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
  6. Babək prospekti, mərkəz istiqamətində;
  7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
  8. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
  9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
  10. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
  11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
  12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
  13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.
Müəllif: Ayna.az