Bakıda sexdə partlayış olub

Xəbərlər

15.01.2024 - 13:24

Ölənlər və xəsarət alanlar var

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

AYNA xəbər verir ki, bu barədə FHN Mətbuat Xidməti məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

APA xəbər verir ki, sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb, yaralananlar var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş