Bakıda restoranın ərazisində yanğın olub

Hadisə

04.08.2024 - 18:16

Həkimlər Klinikalar SEO Xidməti

Tikilinin qalan hissəsi və restoran yanğından mühafizə olunub

Bakı şəhərinin Xətai rayonunda restoran ərazisində ümumi sahəsi 140 m² olan tikilinin dam örtüyünün taxta atmaları 40 m² sahədə və içərisində əşyalar 80 m² sahədə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, tikilinin qalan hissəsi və restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş