Bakıda restoranda yanğın olub

Hadisə

04.12.2025 - 10:41

Bakının Xətai rayonu, F.Bayramov küçəsində restoranda yanğın baş verib. AYNA.AZ xəbər veeir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın mətbəxində fri aparatı, ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərriki yanıb.

Restoran yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş