Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Bakıda “Naxçıvan” restoranında yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 270 m² olan restoranın bacasında yağ qalıqları və 4 p.m elektrik kabeli yanıb.
Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.